İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Rusiya-Ukrayna danışıqları bu tarixdən sonra yenidən başlayır"

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının yaxın günlərdə bərpa olunacağını açıqlayıb. O, bildirib ki, Rusiya tərəfi iyunun 22-dən sonra görüşlərə hazırdır və artıq rəsmi Kyivlə əlaqə saxlanılıb.

“Rusiya danışıqlar qrupumuz Ukrayna tərəfi ilə təmasdadır. Danışıqların davam etdirilməsi üçün qarşılıqlı razılaşma var. Biz ümid edirik ki, görüşlər iyunun 22-dən sonra baş tutacaq”, – deyə Putin TASS və Ruptly tərəfindən yayımlanan videoda bəyan edib.

Putin, eyni zamanda, Moskvanın Ukraynadakı müharibəni “mümkün qədər tez” və “arzuolunan olaraq, sülh yolu ilə” başa çatdırmaq istədiyini bildirib.

“Biz bu münaqişənin uzanmasında maraqlı deyilik. Əksinə, onun sülh yolu ilə bitməsi ən düzgün variantdır”, – deyə Rusiya lideri əlavə edib.

Qeyd edək ki, bu açıqlama G7 sammitindən sonra və NATO liderlərinin Haaqa sammitinə hazırlaşdığı bir vaxtda verilib. Rusiya rəsmiləri daha öncə də İstanbul formatına dönməyə hazır olduqlarını bildirmişdilər.

Bununla belə, Ukrayna rəhbərliyi bu görüşlərin ancaq konkret şərtlərlə baş tuta biləcəyini bildirir – xüsusilə də ərazi bütövlüyünün tanınması və işğal edilmiş ərazilərin azad olunması əsas prioritet kimi vurğulanır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR