İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI - VİDEO

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlının daşınmasını həyata keçirib.

Musavat.com Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər Lənkəran şəhərinin "Qala" deyilən ərazisində yerləşən marketlərdən birinin önündə lentə alınıb.

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən sürücü 3 azyaşlı ilə əşya kimi davranaraq onları maşının baqajında otuzdurub. 42-AA-342 dövlət qeydiyyat nişanlı "KIA Sportage" avtomobilinin sürücüsünün, eyni zamanda, azyaşlılardan birinin anasının bu addımı müzakirələrə səbəb olub və tənqidlə qarşılanıb.

Qanunvericiliyə görə, azyaşlı uşaqların avtomobilin yük yerində oturması qanunsuz və son dərəcə təhlükəlidir. Azyaşlı uşaqlar avtomobildə yalnız sərnişin üçün nəzərdə tutulmuş yerlərdə və müvafiq uşaq təhlükəsizlik oturacağı (uşaq oturacağı) ilə təmin olunaraq daşına bilərlər.

Belə ki, yük yeri sərnişin təhlükəsizliyi üçün nəzərdə tutulmayıb və qəza zamanı ciddi xəsarətlərlə nəticələnə bilər. Həmçinin yük yerlərində təhlükəsizlik kəməri, hava yastığı, oturacaq sabitliyi kimi qoruyucu sistemlər olmur.

Ani tormozlama və ya qəza zamanı uşaq sərbəst hərəkət edən yük kimi ciddi zədə ala bilər. Bu həm qaydaların pozulması, həm də uşağın həyatını riskə atmış sayılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, görüntülər barədə məlumatlıdırlar, məsələ araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

19 May 2025

BÜTÜN XƏBƏRLƏR