Onlayn ictimai-siyasi qəzet
Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınlar arasında piylənmənin qarşısının alınması” adlı layihəni 01.06.2025 – 31.07.2025 tarixlərində uğurla həyata keçirmişdir.
Musavat.com xəbər verir ki, layihə sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivlik sahəsində məlumatlılığı az olan qadınlar üçün nəzərdə tutulmuş və bu istiqamətdə maarifləndirici fəaliyyətlər həyata keçirilmişdir. Layihə çərçivəsində qadınlar arasında artmaqda olan piylənmə hallarının qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və geniş ictimai maarifləndirmə məqsədilə müxtəlif tədbirlər həyata keçirilmişdir.
Piylənmə yalnız estetik deyil, həm də ciddi sağlamlıq riskləri yaradan tibbi problemdir. Bu vəziyyət ürək-damar xəstəlikləri, şəkərli diabet, hormonal pozuntular və psixoloji çətinliklərə səbəb ola bilər. Qadınlarda isə xüsusilə reproduktiv sağlamlığa və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərdiyi vurğulanmışdır.
Layihə çərçivəsində maarifləndirici məqalələr hazırlanmış, televiziya verilişləri çəkilmiş və ekspertlərin iştirakı ilə müsahibələr təqdim olunmuşdur. Bu tədbirlərin əsas məqsədi qadınlar arasında mövzu ilə bağlı ictimai şüurun artırılması və sağlam davranış modellərinin formalaşdırılmasına təkan vermək olmuşdur.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ