İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş ölkədən ŞAD XƏBƏR: 2021-ci ildən bəri ilk dəfə...

May ayında Türkiyədə illik inflyasiya 35,4 faiz təşkil edib.

Musavat.com xəbər verir ki, məlumat ölkənin Statistika Təşkilatının (TÜİK) hesabatında yer alıb.

Beləliklə, inflyasiyanın sürəti on ikinci aydır ki, azalaraq 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricini təşkil edib.

Aprel ayında inflyasiya 37,9 faiz olmuşdu.

“Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla keçən ay inflyasiyanın daha aşağı sürətlə azalacağını və 36,1 faizə düşəcəyini proqnozlaşdırmışdılar.

Hesabata görə, mayda ərzaq və alkoqolsuz içkilər 32,9 faiz (apreldə 36,1 faiz), kommunal xidmətlər 67,4 faiz (74,1 faiz), geyim və ayaqqabılar 14,1 faiz (16,9 faiz) bahalaşıb.

Mehmanxana, kafe və restoranlarda qiymətlər 36,9 faiz (41,9 faiz), nəqliyyat xidmətlərinin dəyəri 24,6 faiz (22,8 faiz) artıb.

May ayında baza inflyasiyası (ərzaq və enerji istisna olmaqla) illik müqayisədə 35,4 faiz təşkil edib ki, bu da 2021-ci ilin dekabr ayından bəri ən aşağı göstəricidir.

Türkiyədə istehlak qiymətləri may ayında əvvəlki ayla müqayisədə 1,5 faiz artıb. Bu, son beş ayda ən kiçik artımdır. Ekspertlər orta hesabla 2 faiz artım proqnozlaşdırırdılar.

İstehsalçı qiymətləri (ÜFE) ötən ay 23,1 faiz, keçən ay isə 2,5 faiz artıb. Aprel ayında onlar müvafiq olaraq 22,5 faiz və 2,8 faiz artmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR