İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda universitetdən qazax, özbək və rus “tələbə”lər qovulub

Qırğızıstan Dövlət Universiteti Qazaxıstan, Özbəkistan və Rusiyadan olan 59 əcnəbi tələbəni xaric edib.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, audit onların universitetdə təhsil almadıqlarını və ölkədən kənarda olduqlarını göstərib.

İdarədən verilən məlumata görə, buna baxmayaraq, saxtakarlar tələbələrin siyahısına salınıb.

Faktla bağlı vəzifə saxtakarlığı maddəsi ilə cinayət işi açılıb. Araşdırma zamanı komissiya da qanun pozuntularını təsdiqləyib.

Nəticədə universitet rəhbərliyi 30 Özbəkistan, 20 Qazaxıstan və 9 Rusiya vətəndaşının xaric edilməsi barədə qərar qəbul edib.

Universitet rəhbərliyi də daxil olmaqla, hadisədə iştirak edənlərin hamısının axtarışları davam edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR