İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl kəskin ucuzlaşdı

Bu gün keçirilən hərraclarda qızıl fyuçersləri kəskin ucuzlaşmaqdadır.

Musavat.com birja məlumatlarına istinadən xəbər verir ki, "Comex" birjasında iyun ayı qızıl fyuçersləri 2 faizə yaxın ucuzlaşaraq 1 troya unsiyası üçün 3173 dollar təşkil edib.

Bir həftə ərzində qiymətli metal təxminən 4 faiz ucuzlaşıb.

Analitiklər qızılın ucuzlaşmasının əsas səbəbi kimi dolların möhkəmlənməsi və ABŞ ilə Çin arasında ticarət gərginliyinin azalmasını qeyd edirlər.

Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ və Çin idxal tariflərini 90 gün müddətinə müvəqqəti azaltmaq barədə razılığa gəliblər. Bu, qızıl da daxil olmaqla təhlükəsiz aktivlərə tələbi azaldıb və Amerika valyutasının məzənnəsinin artmasına səbəb olub.

Dolların digər əsas qlobal valyutalar qarşısında performansını ölçən ICE DXY indeksi həftənin əvvəlindən təxminən 0,4 faiz dəyər qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR