İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada yol qəzasında ölən bacıların kimliyi məlum olub

Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR