İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqsanəni ƏLƏ SALDI: “Get balonunu bağla...”

Müğənni Günel Ələkbərova atmacal sözləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, "Dream Fest"də iştirak edən yerli sənətçilərə ağız büzən Rəqsanəni ələ salıb.

"Pişik Günel" ləqəbli ifaçı video yayımlayaraq bəzi həmkarlarının "bostanını daşlayıb":

"Rəqsanə üçün ürəyim gedir, yaxşı qızdır. Amma balon bağlayıb oradakı müğənniləri müzakirə edir. Ayseli bəyənmədi. Ona "qocalıb", digərlərinə "budları nə boydadır" dedi. Adama deyərlər, get balonunu bağla. İnsan analıq məzuniyyətində olub, üç uşaq dünyaya gətirib. Ayselin heç bir estetik əməliyyatı yoxdur və çox gözəl qızdır. Nikoldan pis görünürdü bəyəm? Paltarı da çox gözəl idi. Roza Zərgərli mahnı oxuyanda Nikol Şerzinqer onu videoya çəkirdi. Niyə bu cür müsbət şeyləri müzakirə etmirik? Bir az özümüzünkülərə dəyər verin. Bu, bizim hamımızın uğurudur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR