İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya avtobusu dronla vurdu – Sumski vilayətində qətliam: 9 ölü, 4 yaralı - FOTOLAR  


Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Ukraynanın Sumski vilayətinin Belopolye şəhəri yaxınlığında sərnişin mikroavtobusu dron zərbəsinə məruz qalıb. Ukrayna regional hərbi administrasiyasının (OVA) məlumatına görə, hadisə yerində 9 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Zərbə saat 06:17 radələrində Rusiya Silahlı Qüvvələrinə məxsus “Lancet” tipli kamikadze dronla endirilib. Rəsmi açıqlamalarda bildirilib ki, hücum dəqiq hədəf alınaraq mülki nəqliyyat vasitəsinə yönəldilib.

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları və yerli təcili yardım qrupları araşdırma və xilasetmə işlərinə başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR