İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Donetskdə daha beş kəndi ələ keçirdi – DeepState xəritəni yenilədi

 Rusiya ordusu Ukraynanın şərq cəbhəsində irəliləyişini davam etdirir.

Musavat.com xəbər verir ki, Ukrayna hərbi analitik platforması DeepState-in bu gün yayımladığı yenilənmiş xəritəyə görə, rus qüvvələri Kotylarovka, Novonikolayevka, Poddubnoye, Verxnekamenskoye və Fyodorovka kəndlərini nəzarətə götürüb.

Bundan əvvəl Ukrayna ordusu Sumı vilayətində yerləşən Yablonovkanı itirdiyini açıqlamışdı. Həmçinin Toretsk və Yunakovka istiqamətlərində də Rusiya ordusunun irəlilədiyi bildirilir.

"DeepState" analitikləri qeyd edirlər ki, Rusiya ordusu şərq cəbhəsində təzyiqləri artıraraq Ukrayna müdafiə xəttini sarsıtmağa çalışır. Cəbhə xəttində vəziyyətin gərgin olaraq qalması fonunda Ukrayna ordusunun müdafiə mövqelərini saxlamaqda çətinlik çəkdiyi vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR