İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Mixail Gusmanla bağlı ÇAĞIRIŞ EDİLDİ - Mükafat və titulları əlindən alınsın

Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri və Dövlət Dumasındakı eyniadlı fraksiyanın rəhbəri Sergey Mironov Mixail Gusmanın dövlət mükafatlarından və fəxri adlardan məhrum edilməsini təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Mironov özünün “Telegram” kanalında yazıb. O, Rusiya Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik edilməsini və prezidentin yalnız mükafat vermək deyil, eyni zamanda onları ləğv etmək hüququna da malik olmasını vacib sayıb.

Qeyd edək ki, Rusiyanın baş naziri Mixail Mişustin iyulun 24-də Mixail Gusmanı TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edib. O, bu postu 1999-cu ildən tuturdu. Qərarda vəzifədən azad olunmanın səbəbləri göstərilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR