Onlayn ictimai-siyasi qəzet
Rusiya “Yars” qitələrarası ballistik raketini buraxmaq cəhdində növbəti dəfə uğursuzluqla üzləşib.
Musavat.xom xəbər verir ki, “Defence Express”in məlumatına görə, peyk fəaliyyətindən tutmuş obyektlərin trayektoriyasının dəyişməsinə qədər buraxılış əlamətlərinin heç biri qeydə alınmayıb.
Mənbələr buna texniki nasazlığın səbəb ola biləcəyini ehtimal edir, lakin dəqiq məlumat yoxdur. Xüsusilə diqqətəlayiqdir ki, buraxılış Moskvanın ABŞ prezidenti Donald Trampla dialoqa hazırlaşdığı bir vaxtda baş tutmalı idi. Belə bir şəraitdə Kremlin öz strateji gücünün zəifliyini nümayiş etdirməsi yəqin ki, sərfəli deyil.
Bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsi buraxılışa hazırlaşdıqlarını açıqlamışdı. Lakin əvvəlki iki cəhd də uğursuz başa çatıb.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ