Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ