İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Şərif dəstəyə görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Baş nazir Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.

Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.

Baş nazir strateji xarakter daşıyan Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək, ikitərəfli əməkdaşlığın müsbət trayektoriyasından məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.

Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Prezident İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR