Saxlanılan İremin bu gün nişanı olacaqdı
Polis tərəfindən saxlanılan İrem Dericinin bu gün DJ sevgilisi Melih Kunukçu ilə nişanı olacaqdı.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ailə arasında üzük taxacaq, daha sonra nikah masasına oturacaqdı.
Sevgilisi ilə Fransada istirahətə yollanan müğənninin İstanbula qayıtdıqdan sonra saxlanıldığı bildirilir.
Qeyd edək ki, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində İrem Derici ilə yanaşı Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Feyza Altun, Hadise Açıkgöz, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali saxlanılıb.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ