İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta peyğəmbərin əsas hədəfi ONLAR OLUB 

“Özünü "peyğəmbər" elan edən şəxs, ətrafında ona inanan insan kütləsi toplaşan kimi pul qazanmağa başlayır. Şəxsiyyət pozuntusu həmin şəxsdə müxtəlif bacarıqların üzə çıxmasına səbəb olur, o, asanlıqla insanları aldada bilir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında psixoloq Vüsalə Rüstəm deyib.

Psixoloji baxımdan hadisəni təhlil edən ekspert saxta peyğəmbərin sərgüzəştlərini belə şərh edib:

“Hətta onun qurbanları arasında cənnəti belə pulla alanlar olmuşdur. Belə şəxsin inandırdığı insanlar adətən təhsilsiz, dünyagörüşsüz və aciz insanlar olur. Hər hansı bir problemlə qarşılaşır, onu həll edə bilmirlər. Özünü "imam", "peyğəmbər" elan edən həmin şəxs yalançı vədlərlə insanların şüuraltısına təsir edir və bu yolla böyük miqdarda pul əldə edir.

Belə insanlara diqqət etsəniz, görərsiniz ki, onların əsas hədəfi insanları aldatmaq və pul qazanmaqdır. Bu şəxslərin yeganə özəlliyi isə gözəl nitq qabiliyyəti və insanları inandırmaq bacarığıdır”.

Psixoloq vurğulayıb ki, sosial şəbəkə istifadəçiləri haqlı olaraq belə dələduz və psixi pozuntusu olan şəxsləri qınayırlar:

“Çünki onlar dini gözdən salırlar. Manipulyasiya yolu ilə çox sayda insana maddi zərər vururlar.

Cəmiyyətin bu cür hallardan qorunmasının tək yolu var: təhsil, mütaliə və beynin inkişafı. Cəhalət hər cür problemi və dələduzu özünə cəlb edir. Beyni qaranlıq, savadsız insan başqalarının oyuncağına çevrilir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR