Onlayn ictimai-siyasi qəzet
Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər nişan, istərsə də adi hədiyyə məqsədilə alınan qızıl məmulatlarında saxtakarlıq halları alıcıların narahatlığına səbəb olur. Vətəndaşlar öz əmanətlərini dəyərli metal olaraq qorumağa çalışsalar da, bəzi satıcılar bu inamdan sui-istifadə edərək saxta və keyfiyyətsiz məhsullar təqdim etdikləri iddia olunur.
Bəs doğurdan da bazarda saxta qızıllar var?
Satıcılar isə bunu inkar edirlər. Onların sözlərinə görə, qızılı alarkən onlara hər hansı sertifikat təqdim olunmur. Amma qızılların üstündəki problar zavod olduğu üçün onları dəyişmək olmur.
Qanunvericiliyə əsasən, pərakəndə satış obyektlərindən alınan qiymətli və yarımqiymətli metallardan və daşlardan hazırlanmış zinət əşyaları geri qaytarılmır və dəyişdirilmir. Ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli fərmanına əsasən, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna uyğun olaraq 2026-cı il yanvarın 1-dək bu sahədə yoxlamalar müvəqqəti olaraq dayandırılıb. Bu da saxta məhsul satışının qarşısının alınmasını çətinləşdirir və vətəndaşların hüquqlarının qorunmasında boşluqlar yaradır./Milli.Az
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ