İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!

Slovakiya Azərbaycana yeni səfirini təyin edib. Ən maraqlısı odur ki, bu şəxs əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan azərbaycanlı diplomat Elçin Qasımovdur!

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Mircəlil Qasımlı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, yeni səfirin əmisi oğlu olduğunu da açıqlayıb və qürur dolu təbrik sözləri ilə Elçin Qasımovun peşəkar yoluna işıq salıb.

Deputat yazır:

“Dəyərli əmim oğlu Elçin Qasımovu bu məsuliyyətli diplomatik vəzifəyə layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Elçin Qasımov uzun illər Slovakiya dövlətinin mühüm dövlət qurumlarında, xüsusilə diplomatiya sahəsində yüksək peşəkarlıqla fəaliyyət göstərmiş, qazandığı dərin hüquqi və beynəlxalq təcrübələri ilə seçilib. O, Azərbaycanın adını və dövlətini hər zaman qlobal miqyasda böyük məsuliyyət və ləyaqətlə təmsil edərək, Vətənimizin nüfuzunun daha da artmasına ciddi töhfələr verib.”

Deputat əminliklə bildirib ki, zəngin hüquqi biliklərə, diplomatik uzaqgörənliyə və beynəlxalq təcrübəyə sahib olan Elçin Qasımovun səfir kimi fəaliyyəti dövründə iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənəcək və Azərbaycan–Slovakiya əməkdaşlığı ən yüksək zirvəyə çatacaq.

Xatırladaq ki, gənc səfir Elçin Qasımov Bakı şəhərində doğulub. Atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyadakı fəxri konsuludur. Bu ailənin artıq Slovakiya ilə dostluq körpüləri qurmaqda uzun və zəngin tarixi var.

Etibar SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR