İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan TƏCİLİ göstəriş verdi - uzaqmənzilli raketlər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda gərginliyin artması fonunda orta və uzaqmənzilli raketlərin istehsalının genişləndirilməsi barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail və İran arasında artıq beşinci gündür davam edən qarşılıqlı raket hücumları və münaqişənin digər enerji resurslarına malik Yaxın Şərq ölkələrinə yayılması ehtimalı Ankaranı hərbi potensialını gücləndirməyə vadar edib.

Agentlik qeyd edir ki, son dövrlərdə bir neçə regionda baş verən geosiyasi qarşıdurmalar dövlətləri müdafiə büdcələrini artırmağa sövq edir və Türkiyə də bu prosesdə geridə qalmamaq üçün təcili tədbirlər görür.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR