İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Trampdan ŞOK AÇIQLAMA: "Xomenei asan hədəfdir və biz onu..."

İsrail hava məkanında İran üzərində tam hərbi üstünlük əldə edib.

Musavat.com xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında yazıb.

O, İranın hava məkanından yazıb: “Biz indi İran üzərindəki hava məkanına tam nəzarət edirik”.

Tramp həmçinin qeyd edib ki, İran böyük həcmdə hərbi texnikaya malikdir. O, əmin olduğunu bildirib ki, bu, ABŞ-ın istehsal etdiyi silahlarla "müqayisə edilə bilməz".

Tramp deyib ki, o, İranın ali liderinin harada olduğunu bilir, lakin hələlik onu öldürmək planları yoxdur: "Biz qondarma "Ali Lider"in harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir - biz onu oradan çıxarmayacağıq (öldürməyəcəyik!), ən azı indi yox".

Eyni zamanda, Trampın sözlərinə görə, ABŞ-ın səbri tükənir: “İranın yaxşı radarları və hava hücumundan müdafiə sistemləri var, onların çoxu var, lakin onlar Amerika istehsalı olan silahlarla müqayisə olunmur. Heç kim bu işi köhnə ABŞ-dan yaxşı etmir”.

Sonda isə ABŞ prezidenti “Tam kapitulyasiya!” yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR