İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuq Müharibədən bəri ilk dəfə: Britaniya qırıcılarını nüvə silahı ilə silahlandırır

 

Britaniya hökuməti taktiki nüvə silahı daşımaq qabiliyyətinə malik müasir qırıcı təyyarələr almağı planlaşdırır. Bu qərar ölkənin hərbi çəkindirmə potensialını əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Məlumata görə, bu təşəbbüs NATO-nun kollektiv müdafiə sisteminə Britaniyanın töhfəsini gücləndirəcək. Hazırda Pentaqonla danışıqlar aparılır və prosesə Baş nazir Kir Starmer ilə Müdafiə naziri Con Hili də cəlb olunub.

Britaniya bu qərarı hərbi xərclərin artırılması planına uyğun olaraq qəbul edib. Hökumət 2027-ci ilə qədər hərbi büdcəni ÜDM-in 2,5%-nə, 2034-cü ilə qədər isə 3%-nə çatdırmağı qarşısına məqsəd qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR