İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar

SSRİ-nin mövcud olduğu illər ərzində işğal edilən dövlətlərin ərazisində sıravi vətəndaşların hüquqlarını sakit formada ciddi məhdudlaşdırılıb. İttifaqda insan hüquqları anlayışı çox fərqli olub. Məsələn, hüquq sistemi siyasətin bir qolu, məhkəmələri isə hökumət orqanları hesab edilib.

Cinayət anlayışı isə sovet dövlətinə və cəmiyyətinə təhlükə yarada biləcək hər hansı bir hərəkət kimi qəbul edilib. Elementar qazanc əldə etmək istəyi ölümlə cəzalandırılan əks-inqilabi fəaliyyət kimi də şərh edilib.
Odur ki, SSRİ-də fərziyyə yürütmək, “samaqon” hazırlamaq, eynicinsli sevgi, hətta uşaqların olmaması kimi sadə və nisbətən zərərsiz şeylərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Möhtəkirlik

d072b354-c812-47f1-b444-66c5020e42b1.jpeg (193 KB)

RSFSR Cinayət Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq mənfəət üçün malların alınması və yenidən satılması “möhtəkirlik” (“spekulyasiya”) anlayışına düşüb. Böyük miqyasda möhtəkirlik əmlakın müsadirəsi, həmçinin 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Təkrarlanan, lakin kiçik işlərə görə, 200 rubla qədər cərimə, bir ilə qədər islah işləri və satılan əşyaların müsadirəsi tətbiq edilib.
XXI-ci əsrdə böyüyən indiki gənclik cinayətin ünsürlərini dərk etməyə bilər, çünki bu gün marketlər və onlayn mağazalar belə “spekulyantlarla” dolub-daşır. SSRİ-də alverçilikdən əldə edilən vəsait “zəhmətsiz gəlir” sayılıb. Bununla bağlı maddə 1960-cı ildə tətbiq edilib və yalnız 1991-ci ildə SSRİ-nin dağılması ilə ləğv edilib.

Kasıbçılıq

SSRİ-də kasıb olmaq qanuni olaraq qadağan edilib. RSFSR Cinayət Məcəlləsinin 209-cu maddəsinə əsasən, dilənçilik və avaralıq təkrar xəbərdarlıq edildikdə bir ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnib. Bolşeviklər sosial yönümlü dövlət qurduqları üçün SSRİ-də kasıbların adi avaralar olduğuna rəsmən inanıblar. Dilənçilik isə köhnə rejimin qalığı hesab olunub.

f730e24d-1133-4d4e-b3e7-27ebf69a0264.jpeg (222 KB)

Sovet hökuməti imkan daxilində yoxsullara, xüsusən də “qəşəng gəlir” əldə edən “peşəkarlara” (məsələn, kilsə və məbədlərin yaxınlığında “işləyənlər”) qarşı mübarizə aparıb. İmkansız uşaqlar sığınacaqlara göndərilib, “işsiz” böyüklər isə işlə təmin olunub. Xüsusilə II dünya müharibəsindən sonra dilənçilər ölkədə hədsiz çoxalıb.

Həmin şəxslər müharibə vaxtı sağlamlığını, qohumlarını, evlərini itirmiş əlillər olub. Evsiz veteranların çoxu qatar vaqonlarına yüklənib və ən böyüyü Valaam adasında yerləşən qapalı əlillər evlərinə aparılıb.

Spirtli içkini çox qəbul etmək

Spirtli içkini çox qəbul etməyə görə cəza RSFSR CM-nin 209-cu maddəsində nəzərdə tutulub. Bu, “əyyaş həyat tərzi sürmək” kimi formalaşdırılıb. Cəzanın təyin olunduğu konkret hərəkət növləri də təsvir edilib. Qanunu pozanlar islah işləri və ya 4 ilə qədər həbs cəzası ilə hədələnib.

61783dc3-e574-4d05-9ef0-48df4c53e0d7.jpeg (87 KB)

Gənclik illərində yanğınsöndürən, mühəndis, maşinist işləmiş, lakin pensiya yaşına çatdıqdan sonra xidməti tərk edib, dovşan yetişdirməklə və ya öz bağçasında yetişdirdiyi kartofu satmaqla pul qazanan xeyli vətəndaş çox vaxt bu maddə ilə məhkum ediliblər. Əyyaşlıqla bağlı iddia edilən siyasi təqib halları da məlumdur.

Evdə hazırlanmış spirtli içki

Müasir dövrdə satış üçün nəzərdə tutulmayan evdə hazırlanmış spirtli içki insan üçün qanun qarşısında heç bir məsuliyyət yaratmır. Sovet İttifaqı dövründə isə RSFSR CM-nin 158-ci maddəsində evdə hazırlanmış spirtli içki. habelə onu satmaq məqsədi olmadan saxlamağa və ya istehsal etməyə görə cəza nəzərdə tutulub.

1d00076f-8791-4261-ac35-c53e023c4f07.jpeg (153 KB)

Bu cür pozuntulara görə 100 rubla qədər cərimə və ya 6 aya qədər islah işləri tətbiq edilib. Söhbət satış məqsədi ilə içki istehsalına gəldikdə, maddəyə uyğun olaraq 300 rubla qədər cərimə və ya 3 ilə qədər həbs cəzası olub.

Din

SSRİ-də əsas ideologiya ateizm (marksizm və leninizm) hesab olunub. Rəsmi olaraq kilsə dövlətdən, məktəb isə kilsədən ayrı olub. İnanmaq qadağan olmasa da, dini icmaların fəaliyyətinə nəzarət edilib.
RSFSR CM-nin 142-ci maddəsinə əsasən, hər hansı dini təşkilatlar üçün məcburi pul yığılması, kultlar haqqında qanunvericiliyin pozulmasına çağırış edən vərəqələrin, broşürlərin, mesajların yayılması və ya hazırlanması tamamilə qadağan edilib.

33ccc09d-c77b-499a-bfa4-58be78a02528.jpeg (67 KB)

Qanunu pozmağa görə cəza 50 rubl cərimə və bir ilə qədər islah işləri olub. Əslində, kilsələrin yaxınlığında yaşayan və monastırlarda işləyən dindarlar daha çox dilənçilik və içkilərə görə cəzalandırılıblar.
Eyni zamanda bir çox dini abidələr, xüsusən də məscidlər heç bir səbəb göstərilmədən müxtəlif layihələr adı altında sökülüb. SSRİ-nin işğal etdiyi müsəlman ölkələrində dini etiqad azadlığı heç vaxt qorunmayıb, insanlar evlərində gizli şəkildə namaz qılıblar.

Uşaqsızlıq vergisi

Bu vergi SSRİ-də 1941-ci ildən tətbiq edilib və 20-45 yaşlı evli qadınlar, 20-50 yaşlı uşaq sahibi olmayan bütün kişilər gəlirlərinin 6 faizini dövlət xəzinəsinə ödəməli olublar. Rəsmi olaraq təsdiqlənmiş sonsuzluğu olan insanlar, gəliri 70 rubldan az olan vətəndaşlar, uşaqları müharibə zamanı ölən və ya itkin düşənlər, subay qadınlar və uşaqları övladlığa götürən ailələr vergidən azad edilib.

Güzəştlər isə əsasən gəliri 71-91 rubl olanlara, hərbi qulluqçulara və onların ailə üzvlərinə, 25 yaşadək tələbələrə, SSRİ qəhrəmanlarına və üçüncü dərəcəli “Şöhrət” ordeni sahiblərinə tətbiq olunub.

Qanunda edilən müəyyən dəyişiklikdən sonra hətta yeni evlənənlər də vergidən azad olunmayıb. Qadın hamilə olanda belə, gənc ailə vergi ödəyib. Nəticədə 1950-ci ildə vergidən büdcəyə 7,4 milyard rubl, 1955-ci ildə isə 8,4 milyard rubl vəsait daxil olub. Ödənişlər uşaq doğulduqdan sonra dayandırılıb. 1980-ci illərə qədər evləndikdən sonra ilk ildə vergi ödəməmək mümkün olub və SSRİ-nin dağılması ilə vergi ləğv edilib.

İşə gecikməyə görə cəza

Hələ II dünya müharibəsindən əvvəl işə gec gəlməyə görə kifayət qədər sərt cəza nəzərdə tutan qanun qəbul edilib. Üstəlik, işçinin zavoda cəmi 5 dəqiqə sonra gəlməsi gecikmə halı sayılıb.

Eyni zamanda 20 dəqiqədən az gecikdiyinə görə işçi töhmət, xəbərdarlıq və müvəqqəti (üç aya qədər) azmaaşlı işə keçirilmə ilə üzləşib. Əgər səhlənkarlıq edən işçi ikinci dəfə müəssisəyə müəyyən edilmiş vaxtdan 20 dəqiqə gec gəlibsə, o, yalnız işdən çıxarılamyıb, onun barəsində milisə məlumat verilib.
1940-cı ildə əmək intizamı ilə bağlı daha bir qanun qəbul edilib. Sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti səkkiz saatlıq iş gününə keçid haqqında fərmanla birlikdə işçilərin iş günü bitənə qədər təhkim edildikləri yeri icazəsiz tərk etməyi qadağan edən sənəd qəbul edib. Qaydanın pozulmasına görə cəza kifayət qədər ağır olub. İş yerini tərk edən şəxs altı ay islah işləri ilə cəzalandırılıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR