Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" Portuqaliyanın "Alverka" klubundan yarımmüdafiəçi Pedro Bikalyonu transfer edib.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi "Qarabağ"da 35 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2020-ci ildə "Kruzeyro"da başlayan Pedro bir il sonra "Palmeyras"a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın "Vitoriya", Portuqaliyanın "Santa Klara" və "Alverka" klublarında çıxış edib.
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ