İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırıcıların şahı” - Onun əməyini Mikoyan mənimsəyib, Stalin isə güllələtdirmək istəyib

O, XX əsrin əvvəllərində təyyarələrin əksəriyyətini dizayn edib, lakin onun ən yaxşı əsəri müharibə zamanı döyüş meydanına heç vaxt buraxılmayıb. Artyom Mikoyan onun işlini öz adına çıxarıb və İsoif Stalin isə konstruktoru ölümə məhkum edib.

Nikolay Nikolayeviç Polikarpov 1892-ci ildə kiçik bir kənddə keşiş ailəsində dünyaya göz açıb. İlahiyyat məktəbini bitirdikdən sonra 1911-ci ildə gimnaziyada eksternal tələbə kimi təhsilini başa vurub. Atası qarşı olsa da, o, Sankt-Peterburq Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olub. 1914-cü ildən aeronavtika kurslarında oxumağa başlayıb və aviasiya ilə ciddi maraqlanıb.

Ali təhsil aldıqdan sonra Nikolay Rusiya-Baltik zavodunda aviasiya şöbəsində iş təcrübəsinə başlayıb. Zavodun rəhbəri İqor Sikorski inqilabdan sonra Amerikaya mühacirət edib. Sikorski Nikolayı özü ilə aparmaq istəyib, lakin o, bundan imtina edib, vətənində qalıb.

WahKbIKSobEPlvSB045INTjtHxV8bdU9U3sQHuRv.jpg (35 KB)

1920-ci illərdə Polikarpov istehsala başlayan ilk təyyarəsini dizayn edib. Onların arasında “I-1” də olub. Bu təyyarənin ilk sınaqçısı o dövrün məşhur pilotu, görkəmli rəssam Konstantin Artseulov olub. Təəssüf ki, ilk uçuş fəlakətlə başa çatıb. Təyyarənin arxa hissəsini ağırlaşdıran konstruktorların səhvi ona gətirib çıxarıb ki, “I-1” uçuş zamanı onu üfüqi uçuşa keçirməyə çalışan pilota tabe olmayaraq qəflətən kəskin qalxıb. Nəticədə Artseulov sadəcə olaraq mühərriki söndürüb və təyyarə yerə çırpılıb. Xoşbəxtlikdən, pilot sağ qalıb.

1926-cı ilin martında isə öz xüsusiyyətlərinə və dizaynına görə ən yaxşısı olan iki yerlik biplanlı qırıcı “2I-N1” qəzaya uğrayıb. Eyni zamanda “D-2” havaya qalxa bilməyib, bir ildən sonra “P-2” təyyarəsinin qanadı dağılıb. Lakin təlim üçün yaradılan “U-2” qəzaları kölgədə qoyub. Təyyarənin uçuş klublarında geniş tətbiqindən sonra xaricə göndərilən tələbələrin sayı kəskin şəkildə azalıb. Nəticədə, “U-2” təlim təyyarəsinin rolu (1944-cü ildə təyyarələrin yaradıcılarının adları ilə adlandırılması qərara alındıqda, Po-2 olaraq dəyişdirilib) 1950-ci illərin ortalarına qədər istifadə edilib.

qR3Oi5bQGtUbFHNsSkFhjeloB8fLCx3RavTeu98C.jpg (112 KB)

1929-cu ilin noyabrında Nikolay Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən qəfil həbs edildib. O, “əks-inqilabçı təxribat təşkilatında” iştirak etməkdə ittiham edilib və mühakimə olunmadan edam cəzasına məhkum edilib. O, 2 ay edam saatını gözləyib. Sonra xüsusi dizayn sexinə (TsKB-39 NQÇİ) göndərilib. Burada o, digər dizaynerlərlə birlikdə “I-5” qırıcısını hazırlamağa başlayıb. Bu qırıcı 9 il Sovet İttifaqının hərbi hava qüvvələri tərəfindən istifadə edilib.

1931-ci ildə idarə onu ölüm hökmü əvəzinə 10 il düşərgə həbsi ilə cəzalandırıb. Dünənə qədər Polikarpovu edam etdirmək istəyən Stalin “I-5”-i bəyəndikdən sonra bu cəza da şərti cəzaya çevrilib.

Nikolay Polikarpovun həyatının son illəri çox çətin keçib. O, Artyom Mikoyanın göstərişi ilə xüsusi dizayn bürosundan kənarlaşdırılıb və sonradan hazırldağı “MiG-1” (MiG-3) qırıcı layihəsi ondan xəbərsiz mənimsənilib.

McyAeaCjRRAKBoOoIDdfEBlx46n8y8AZTZBGYpLc.jpg (75 KB)

1939-cu ildə yeni “I-200” qırıcısı üçün layihə hazırlanıb. Onun uçuş xüsusiyyətləri kifayət qədər yüksək olub. Polikarpov yeni təyyarəsi üzərində işləri tam başa çatdıra bilməyib. 1939-cu ilin oktyabrında onu Almaniya aviasiya sənayesinin təcrübəsini öyrənmək üçün Berlinə göndəriblər.

Onun Almaniyada olmasından istifadə edən xüsusi dizayn bürosunun rəhbəri Mikoyan, müavinləri M. İ. Qureviç və V. A. Romodinlə tamamlanmayan layihəni yuxarılara təqdim ediblər. Bu sahədə təhsili olmayan Mikoyanın böyük qardaşı Anastas İvanoviç Mikoyan Siyasi Büronun üzvü və xarici ticarət xalq komissarı olub. Bundan əlavə, aviasiya sənayesi komissarının qardaşı Y.M.Kaqanoviç 1939-cu ilin əvvəlindən Xarici Ticarət Xalq Komissarlığında Anastas Mikoyanın müavini vəzifəsində çalışıb. Ona görə də Artyom Mikoyanın karyera yüksəlişi təbii olub.

Almaniyadan qayıdan Nikolay dizayn bürosunun iki hissəyə bölünməsindən çaşqınlığa düşüb, lakin heç nə edə bilməyib. Xalq komissarlığına edilən müraciətlər də kömək etməyib. Hətta iclasların birində yeni qırıcı təyyarə haqqında onun fikrini soruşduqda, o, istehzalı cavab verib: “Mənim fikrimlə niyə maraqlanırsınız? Onu Artyom İvanoviç tikir - qoy o, tikməyə davam etsin. Bizim şikayət edəcəyimiz heç kim yoxdur. Almaniyada Hörinqə şikayət edə bilərsiniz, amma burada heç kim yoxdur!”.

jqEirxmfAbx6bBDcPPIf7f2dC7Jdp6uzsRac3gWr.jpg (94 KB)

Bu sözlərdən sonra orada olanların hamısı susub. Lakin Polikarpov heç bir şərhinin olmadığını deyərək sözlərini yumşaldıb. Bununla da “I-200” əslində Mikoyana təhvil verilib. 5 aprel 1940-cı ildə sınaq pilotu Yekatov yeni təyyarənin ilk prototipini havaya qaldırıb və hava gəmisi 7000 metr yüksəklikdə 628 km/saat maksimal sürətə çatıb. Modifikasiyalardan sonra onu 6900 metr yüksəklikdə 648 km/saata çatdırmaq mümkün olub.

Adını dizaynerlərindən (Mikoyan və Qureviç) alan “MiG-1”qırıcısı kobud olub və Polikarpov bu barədə bilib, lakin susaraq təyyarənin məsuliyyətini ondan hüquqlarını alan rəqiblərinin üzərinə qoyub. 1941-ci ilin sonunda bu qırıcı istehsaldan çıxarılıb. Artyom Mikoyan isə müharibənin sonuna qədər cəbhəyə bir ədəd qırıcı verməyən dizayn bürosuna rəhbərlik etməyə davam edib. Nikolayın isə getdikcə səhhəti pisləşib. 1944-cü ildə cəmi 52 yaşı olmasına baxmayaraq, mədə xərçəngindən dünyasını dəyişib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR