İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan xarici aviaşirkətlərə qoyulan məhdudiyyətləri aradan qaldırır

Tacikistan ölkənin beynəlxalq hava limanlarında - Düşənbə, Xucənd, Kulyab və Boxtarda rəsmi olaraq “Açıq səma” rejimi tətbiq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq fərmanı prezident Emoməli Rəhmon 2025-ci il iyunun 12-də imzalayıb.

Əsas dəyişiklik əvvəllər xarici aviaşirkətlərin uçuşlarının sayını məhdudlaşdıran, milli aviadaşıyıcılarla balans yaradan paritet prinsipinin ləğvi olub. İndi uçuşların tezliyi, yerlərin sayı, təyyarənin növü və tariflərə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Qərar hava daşımaları bazarında rəqabəti inkişaf etdirmək, xidmət keyfiyyətini artırmaq və vətəndaşlar üçün nəqliyyat əlçatanlığını genişləndirmək məqsədi daşıyır.

Mülki Aviasiya Agentliyinə yeni daşıyıcıları operativ şəkildə qəbul etmək və onların hərəkət cədvəlini əlaqələndirmək tapşırılıb.

Dəyişikliklərə ilk reaksiya verənlərdən biri də Türk Hava Yolları olub. Şirkət artıq çərşənbə axşamı və şənbə günləri də uçuşlar əlavə edərək, İstanbul və Düşənbə arasında uçuşların sayını həftədə 3-dən 5-ə çatdırıb.

Qeyd olunur ki, 18 marşrut üzrə müvəqqəti məhdudiyyətlər hələ də qüvvədədir – üç ilədək. Müddəti bitdikdən sonra bu marşrutlar da “Açıq səma”ların ümumi şərtlərinə keçəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR