İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aktrisa təcili əməliyyat olundu

Türkiyənin tanınmış aktrisası Ece Uslu istirahət üçün getdiyi Çeşmədə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Kara Kalp" serialının finalından sonra tətilə çıxan 50 yaşlı sənətçi yıxılaraq ağır zədə alıb və əməliyyat olunub.

Məlumata görə, aktrisa yeriyərkən şalvarının ayağına ilişərək büdrəyib və yıxılıb. Nəticədə Uslu təcili olaraq Çeşmə Dövlət Xəstəxanasına aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra İzmirdə əməliyyata götürülüb. Onun ayağına ümumilikdə 16 tikiş vurulub.

Qeyd edək ki, Ece Uslu "Zerda", "Kara Melek", "Dayan Yüreğim" kimi seriallardakı unudulmaz rolları ilə tanınıb. O, son olaraq "Kara Kalp" serialında Sumru obrazını canlandırıb./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR