İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış bəstəkar Türkiyədə qəfildən vəfat etdi  

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu gözlənilmədən dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə müğənni Xatirə İslam məlumat yayıb.

"Ruslan, səni bilirsən niyə çox istəyirdim?
Çünki çox nadir hallarda olur ki, insanın ətrafında dostu, yaxını onun səsinin, sənətinin vurğunu olsun. Sən mənim səsimlə nəfəs alırdın. Səni buna görə də ikiqat-çox istəyirdim.
İnanın Allaha, iki gün əvvəl mənə yazdı.
Düşündüm ki, çoxdandır görmürəm, yüz faiz çox darıxıb. Və sözün düzü, mən də ondan darıxmışdım. O ürəyi istəmədiyi insana heç vaxt yazmaz. Öz-özümə dedim ki, bir-iki günə onu görüm... Amma qismət olmadı.
Musiqini sevən insan, Allah sənə rəhmət eləsin. Allah günahlarını bağışlasın, yerin cənnət olsun. Səndən ötrü darıxacam..." -deyə müğənni qeyd edib.

Qeyd edək ki, sosial şəbədəkə bəstəkarın Türkiyədə istirahət zamanı qəfil halı pisləşdiyi, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmadığı bildirilir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR