Onlayn ictimai-siyasi qəzet
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Şabran rayonunun tatların kompakt yaşadıqları Dağbilici kəndinə səyahət edilib.
Verilişdə Dağbilici kənd məktəbinin direktoru, tarixçi Sirac Orucov keçmişdə tat xalqının bu əraziyə köçürülmə səbəbindən danışıb.
Proqramda həmçinin 3 il əvvəl Şabranda baş vermiş yanğından zərərçəkən Bayram Ağasiyev yaşadığı faciədən bəhs edib:
"Gözəl təbiətimizi qorumaq lazımdır. 3 il əvvəl kiminsə məsuliyyətsizliyi səbəbindən bütün kəndi alov bürüdü. Həmin hadisə zamanı evimizi xilas edə bilmədik. Hər şeyimiz yandı. Bura ata yurdumdur. Söz vermişəm ki, pensiyamla evimi bərpa edəcəyəm".
Ətraflı süjetdə:
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ