Onlayn ictimai-siyasi qəzet
İsrailin son hücumları nəticəsində Tehranın bəzi strateji obyektləri ilə yanaşı, bir həbsxananın da ciddi zərər gördüyü bildirilir.
Musavat.com xəbər verir ki, İran mənbələrinin yaydığı məlumata görə, hücum nəticəsində ağır dağıntıya məruz qalan Tehran həbsxanasından yüzlərlə məhbus qaçıb.
Hadisə zamanı təhlükəsizlik sistemlərinin sıradan çıxması və nəzarət mexanizmlərinin iflic olması nəticəsində məhkumların böyük bir hissəsinin nəzarətdən çıxdığı qeyd olunur.
Musavat.com
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ