İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədən yeganə sağ çıxan sərnişin bu sırada oturubmuş - HEYRƏTAMİZ DETALLAR, VİDEO

Xəbər verdiyimiz kimi, Hindistanda bu gün baş verən Air India təyyarə qəzasında möcüzəvi şəkildə bir nəfər sağ qalıb.

Musavat.com “India Today”platformasına istinadla xəbər verir ki, ümumilikdə 242 nəfərin olduğu AI171 reysi Əhmədabad hava limanına yaxın ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində 200-dən çox insan həyatını itirib.

Ramesh Vishwaskumar Bucharvada adlı 38 yaşlı britaniyalı sərnişin təyyarədə 11A nömrəli oturacaqda, fövqəladə çıxış qapısının dərhal arxasında əyləşib. Məhz bu mövqedə olması onun həyatını xilas edib. Qəza baş verən anda o, çıxışdan istifadə edərək özünü xilas edə bilib.

Qəzanın baş verdiyi yer "B J Medical College" yaxınlığı olub. Hadisədən sonra çəkilmiş bir videoda yaralı Ramesh-in təcili yardım maşınına doğru yeridiyi və ətrafdakı insanların təyyarədəki digər sərnişinlərin taleyi ilə maraqlandığı görünür.

Hazırda Ramesh xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR