Onlayn ictimai-siyasi qəzet
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışı yayımlanıb.
Bu dəfə idman jurnalisti Teymur Maksutovla Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turniri barədə müzakirə aparılıb.
Podkastda azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin məğlubiyyətinin səbəbləri, eləcə də onun UFC-dəki gələcəyi şərh edilib. "Rafael Fiziyev də UFC ilə müqavilə imzalayarkən ilk döyüşdə məğlub olmuşdu. Amma sonradan 6 döyüşlü qələbə seriyasına çıxdı. Tofiqin Rafael qədər olmasa da, şansı var", ‒ deyə T.Maksutov söyləyib.
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ