Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın xarici ölkələrə bütün növ yardımların dayandırılması qərarından Polşa üçün də istisna tətbiq olunacaq.
Musavat.com xəbər verir ki, məlumatı Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamysz Pentaqon rəhbəri Pete Heqset ilə danışıqların yekununda açıqlayıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Xarici Hərbi Maliyyə proqramı çərçivəsində Polşaya hərbi ehtiyaclar üçün 11 milyard dollar verəcək: "Bu, 11 milyard dollarlıq maliyyə dəstəyidir ki, bu da Polşa Ordusunun transformasiyası və modernləşdirilməsinə birbaşa təsir edir və bununla da bizim hərbi əməkdaşlığımızı gücləndirir".
O vurğulayıb ki, "Polşa-Amerika ittifaqı heç vaxt indiki qədər güclü olmayıb".
Xəbər verdiyimiz kimi, Pentaqonun rəhbəri Polşada səfərdədir və burada ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ