İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp CNN və NYT-ni yalançılıqda ittiham etdi

ABŞ prezidenti Donald Tramp CNN və The New York Times (NYT) qəzetinə qəzəblənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, hər iki KİV-in Amerikanın İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı məlumatından narazı qalıb və onları sövdələşmədə ittiham edib.

Ağ Ev rəhbəri hiddətini özünə məxsus Truth Social hesabındakı paylaşımda əks etdirib: "CNN-dən saxta xəbərlər və uğursuz NYT tarixin ən uğurlu zərbələrindən birini gözdən salmaq üçün birləşib. İranın nüvə obyektləri tamamilə məhv edilib!"

Qeyd edək ki, CNN və NYT mənbələrə istinadən məlumat veriblər ki, ABŞ kəşfiyyatı və bəzi İsrail rəsmiləri ABŞ-ın İrana zərbələrinin Tehranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyini və İranın hələ də kiçik gizli uranın zənginləşdirilməsi obyektlərinə malik ola biləcəyini düşünür. Ağ Ev bu qənaətin yanlış olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR