İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “İranda rejim dəyişikliyi istəmirəm – bu, xaos yarada bilər”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında rejim dəyişikliyi ideyasına qarşı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, belə bir dəyişiklik regionda sabitliyi pozaraq genişmiqyaslı xaosa səbəb ola bilər.

“Mən İranda rejim dəyişikliyini görmək istəmirəm – bu, xaos yaradır. Rejim dəyişikliyi çox böyük fəsadlara yol aça bilər,” – deyə Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp eyni zamanda İranın nüvə ambisiyalarına da toxunaraq qeyd edib ki, Tehranın hazırda nüvə silahı əldə etmək fikrində olmadığını düşünür:
“Onlar nüvə silahına sahib olmayacaqlar – bu, hazırda onların ağlında olan son şeydir”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR