İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rupert Merdokdan 10 milyard dollar təzminat tələb edib – MƏHKƏMƏ

ABŞ prezidenti Donald Tramp media maqnatı Rupert Merdokdan 10 milyard dollar təzminat tələb edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun "The Wall Street Journal"ın sahibinə qarşı iddiası Florida ştatının Cənub Bölgəsi məhkəməsinin elektron məlumat bazasında dərc edilib.

Qeyd edək ki, "The Wall Street Journal" Trampın yetkinlik yaşına çatmayanlara təcavüz etməkdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynə göndərdiyi və çılpaq qadın təsvir olunan ad günü təbrikini dərc edib. Tramp rəsmin onun tərəfindən çəkilmədiyini bildirsə də, qəzet onu dərc etdiyinə görə ABŞ prezidenti məhkəməyə müraciət edib.

İddia ərizəsində qeyd olunur: “İddiaçı prezident Donald Tramp cavabdehlərdən dəymiş ziyan, məhkəmə xərcləri və məhkəmənin ədalətli və lazımlı hesab etdiyi digər yardımların 10 milyard dollardan az olmayan məbləğdə ödənilməsini istəyir”.

Tramp işə münsiflər heyəti tərəfindən baxılmasını tələb edib.

İddia ərizəsində qeyd edilir ki, nəşrin jurnalistləri “Prezident Trampın məktubu 2003-cü ildə yazması, çəkməsi və imzalaması faktı kimi yanlış təqdim ediblər”, onlar “nə məktubu, nə də rəsmi dərc edə bilməyiblər” və həmçinin Trampın məktubda əli olduğunu sübuta yetirməyiblər: "Bu uğursuzluqların səbəbi belə bir məktub və ya rəsmin olmamasıdır. Müttəhimlər bu hekayəni prezident Trampı ləkələmək və onun nüfuzuna ləkə gətirmək üçün uydurublar".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR