İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Ərdoğanın səmimi jestləri – ikiəlli görüşün şifrəsi - VİDEO

Dünya liderləri bu gün Hollandiyada keçirilən NATO sammiti çərçivəsində “ailə fotosu” üçün bir araya gəliblər.

Musavat.com xəbər verir ki, diqqət çəkən məqamlardan biri ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş verən səmimi an olub.

Foto və videolarda Trampın Ərdoğanın əlini iki əli ilə sıxması, protokol dillə desək, yüksək hörmətin və şəxsi simpatiyanın ifadəsi kimi qiymətləndirilir. Bu jest diplomatik protokolda nadir hallarda baş verir və qarşı tərəfə göstərilən xüsusi münasibətin simvolu sayılır. Azərbaycan dilində “filankəs bəhmənkəslə ikiəlli görüşdü” ifadəsi də məhz belə hallara işarə edir – yəni bu jest, qarşı tərəfə göstərilən yüksək ehtiramın təzahürüdür.

Sammit çərçivəsində keçirilən tədbirlər sırasında bu axşam liderlər Niderland kralı Villem-Aleksandr tərəfindən kral şam yeməyinə dəvət olunublar. Rəsmi proqramda isə əsas diqqət NATO daxilində birliyin qorunması, Ukrayna ilə bağlı mövqe fərqləri və alyansın gələcək planlarına yönəlib.

Ərdoğan və Trampın bu yaxınlığı, xüsusilə də son aylarda ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan nisbi isti ritorikanı fonlaşdırır. Trampın son dönəmlərdə Ərdoğanı “Türk - İslam Dünyasının lideri” kimi qələmə verməsi və onunla xüsusi münasibət qurmağa çalışması bu jestdə də əyani şəkildə özünü göstərib.

Bu video həm media, həm də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

 

Musavat.com

@@TVmusavat/119382@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR