İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SON DƏQİQƏ açıqlaması: İran səbrimi daşırdı

ABŞ prezidenti Donald Tramp İrana qarşı səbrinin tükəndiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ağ Evdə Tramp özü açıqlayıb.

O, İranın ali dini lideri Ayətullah Əli Xameneinin Tehranın “məcbur edildiyi müharibəyə qəti şəkildə müqavimət göstərmək niyyətində olduğu” ifadələrinə cavab olaraq ona uğurlar arzulayıb.

Tramp İrana qarşı səbrinin nə qədər davam edəcəyinə dair suala cavabında deyib: "Artıq tükənib. Buna görə də biz etdiyimizi edirik".

Tramp İranın nüvə inkişafı ətrafında ziddiyyətləri danışıqlar yolu ilə aradan qaldırmaq üçün Tehrana 60 gün, "kifayət qədər vaxt" verdiyini təkrarlayıb: "Və onlar səhvə yol verdilər".

O, həmçinin İranın Ali dini rəhbərinin Tehranın hazırkı xarici təzyiqlərə müqavimət göstərməyə hazır olması ilə bağlı xəbərdarlığına görə ona nə demək istədiyini soruşublar.

"Deyəcəm: "Uğurlar" deyə Tramp cavab verib.

Bundan əlavə, o, bir daha sərt şəkildə İranın təslim olmasını tələb edib. "İki çox sadə söz: "şərtsiz təslim olmaq"".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR