İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qəzzaya ordu GÖNDƏRİR -  Ərdoğandan AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasında bildirib ki, Ankara Qəzza üzrə beynəlxalq əməliyyat qrupuna hərbi kontingent göndərə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.

Ərdoğanın sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron onunla görüşdə Türkiyənin belə bir missiyada iştirak edib-etməyəcəyini soruşub.

“Ni­yə də yox? Biz bu mexanizmə daxil ola bilərik. Önəmli olan hansı şərtlərlə orada olacağımızdır”, – deyə Türkiyə lideri vurğulayıb.

Prezident əlavə edib ki, Türkiyə müstəqil Fələstin dövlətinin yaradılması uğrunda səylərini davam etdirəcək və Qəzzanin bərpasında iştirak etməyə hazırdır. Xarici işlər naziri Hakan Fidan isə bildirib ki, əgər beynəlxalq qrup ədalətli prinsiplərlə fəaliyyət göstərəcəksə, Türkiyə onun tərkibində olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR