İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna bu şəhəri də vurdu – Sənaye zonasında partlayışlar

Ukrayna Silahlı Qüvvələrinin (AFU) kamikadze pilotsuz təyyarələri Stavropola hücum edib. Musavat.com xəbər verir ki, məlumatı Mash Telegram kanalı yayıb.

Ən azı dörd pilotsuz uçuş aparatı (PUA) Mixaylovsk istiqamətindən uçarkən görüntülənib. Yerli sakinlər “Ağ şəhər” yaşayış kompleksinin ərazisində aşağı hündürlükdə obyektlər gördüklərini yazırlar. Stavropolun sənaye zonasında partlayış səsləri eşidilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisə ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Ukrayna Krasnodar diyarına zərbə endirib. Soçiyə və Sirius federal ərazisinə kütləvi şəkildə hücum edilib, neft anbarı vurulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR