İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Gürcüstana sanksiyalar TƏTBİQ ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi barədə fərman imzalayıb.

Musavat.com-un məlumatına görə, Zelenski bildirib ki, bu sanksiyalar hazırda Gürcüstanda Putinlə əməkdaşlıq edən hakimiyyətin bir hissəsinə yönəlib.

“Biz Avropanı, Amerikayı və bütün dünyanı eyni şəkildə hərəkət etməyə çağırırıq”, – deyə Zelenski qeyd edib.

Ukraynanın sanksiya siyahısına Gürcüstanın baş naziri İrakli Kobaxidze daxil edilib.

Sanksiyalar həmçinin “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Tiflis meri Kaxa Kaladze, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, mədəniyyət, idman və gənclər naziri Tea Tzulukiani, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və digər rəhbərlik nümayəndələrini, o cümlədən bir neçə deputatı əhatə edir.

@@TVmusavat/102711@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR