İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Saratov Neft Emalı Zavodunu yenidən VURDU

Oktyabrın 16-na keçən gecə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Rusiyanın Saratov vilayətindəki Saratov Neft Emalı Zavoduna zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim neft emalı müəssisələrindən biridir. Əvvəllər “Krekinq” zavodu kimi tanınan obyekt hazırda “Rosneft” neft şirkətinin tərkibinə daxildir.

Hərbi idarənin açıqlamasında bildirilib ki, zavodun neft emalı gücü 2020-ci ildə 7,2 milyon ton, 2023-cü ildə isə 4,8 milyon ton olub. Qeyd olunur ki, bu obyekt Rusiya qoşunlarının ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.

Xatırladaq ki, bu ilin sentyabr ayında da Ukrayna Xüsusi Əməliyyat Qüvvələri həmin zavoda zərbələr endirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR