İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada ölən rus hərbçilərinin arvadlarına daha pul verilməyəcək: "Pul yoxdur"

Musavat.com xəbər verir ki, Rusiyada xüsusi hərbi əməliyyat (SVO) zamanı həlak olmuş hərbçilərin qeyri-rəsmi həyat yoldaşlarına dəfn ödənişlərinin verilməsi məhdudlaşdırıla bilər.

22 iyuldan qüvvəyə minməsi gözlənilən qanun layihəsinə əsasən, bu ödənişlər yalnız hərbçi ilə azı üç il birlikdə yaşamış və ya ondan ümumi övladı olan şəxslərə veriləcək. Həmçinin, birgə yaşayış faktı məhkəmə qaydasında rəsmi şəkildə təsdiqlənməlidir.

Dövlət Dumasının bu dəyişiklikləri ölkə büdcəsinə düşən yükü azaltmaq məqsədi daşıyır. Beləliklə, kompensasiya (dəfn) ödənişlərinin yalnız qanuni əsaslarla ailə münasibətlərində olan şəxslərə çatdırılması nəzərdə tutulur.

Yeni qaydalar ictimai müzakirəyə səbəb olub. Bəzi ekspertlər bu məhdudiyyətlərin qeyri-rəsmi ailə münasibətlərində olan və faktiki ailə həyatını paylaşan qadınlar üçün ədalətsizlik doğuracağını qeyd edirlər.

Musavat.com xəbər verir ki, bu dəyişikliklər qüvvəyə minərsə, qeyri-rəsmi partnyorlar dəfn xərclərini öz üzərlərinə götürmək məcburiyyətində qala bilərlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR