İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı sabiq təhlükəsizlik zabiti İspaniyada hovuzda ölüb – sui-qəsd ehtimalı var

Ukraynanın keçmiş yüksək rütbəli təhlükəsizlik zabiti İqor Qruşevski qeyri-müəyyən şəraitdə İspaniyada vəfat edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun meyiti üzgüçülük hovuzunda travma izləri ilə tapılıb.

KİV-in məlumatına görə, hadisə iyunun 29-da Villajoyosa şəhərindəki yaşayış kompleksində axşam saatlarında baş verib. Ötən il məhz həmin kompleksdə rusiyalı fərari pilot Maksim Kuzminov öldürülmüşdü.

Qruşevski bu yaxınlarda həmin binadan mənzil alıb. Axşam saatlarında o, hovuzda çimərmiş, ancaq sonradan boğulmuş halda tapılıb. Tapıldığı zaman mərhumun qulağından qan axırmış. Ancaq onun təsadüfən travma aldığı, yoxsa sui-qəsd qurbanı olduğu hələlik bəlli deyil.

Jurnalistlər müəyyən ediblər ki, 1990-cı illərdə Qruşevski Ukraynanın Çerkassı və Kirovoqrad vilayətlərində mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə rəhbərlik edib. Daha sonra o, milli polisdə işləyib.

İstintaq davam edir. İspaniya rəsmilərindən hələlik heç bir rəsmi şərh yoxdur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR