Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Problem Yönümlü Öyrənmə (Problem-Based learning) və Layihə Yönümlü Tədrisə (Project-Based Learning PBL) keçid edib.
Bu metodlar dünyada bir çox təhsil müəssisələrində tətbiq olunur və tələbələrə müasir əmək bazarının tələblərinə uyğun dərin bilik və bacarıqlar qazandırır. Layihə-əsaslı öyrənmə (PBL) metodunun əsas məqsədi tələbələri real həyat problemlərini həll etməyə yönəltməkdir. Bu yanaşma tənqidi düşüncə, yaradıcı yanaşma, analitik təhlil və komanda işi kimi vacib bacarıqları inkişaf etdirir. PBL tələbələri tədris prosesinin mərkəzinə qoyaraq akademik həyatı real dünya ilə əlaqələndirir.
UNEC-də Problem yönümlü və Layihə yönümlü tədrisə əsaslanan təhsilə fevralın 17-dən etibarən UNEC Dizayn Məktəbində keçid edilib. Yeni tədris metodu 6 fənn üzrə 11 qrupda tətbir edilir.
Layihənin hazırlanması İsraildən gələn mütəxəssis Dan Frield və Dizayn Məktəbinin 5 müəllimi Arzu Xəlilova, Lidiya Safronova, Pərvin Namazova, Fəridə Novruzlu, Aytən Yusifkənan və layihənin Azərbaycandakı rəhbəri Sənubər Səfiyeva tərəfindən reallaşdırılıb. Müəllimlərin pedaqoji kadr potensialını gücləndirmək məqsədilə yerli və xarici mütəxəssislər tərəfindən təlimlər təşkil olunub.
Yeni təhsil metodu çərçivəsində rektor, professor Ədalət Muradov UNEC Dizayn məktəbində PBL dərslərdə iştirak edib. O, PBL modelini universitetin təhsil strategiyasının yenilənməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib, bu təhsil modelinin gələcəkdə başqa ixtisaslarda tətbiqinin nəzərdə tutulduğunu bildirib.
ŞƏRHLƏRŞƏRH YAZ