Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda fəaliyyət göstərən ArbatMedia portalı Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlıların azərbaycanlılara qarşı keçirdiyi reydə dair informasiya yayıb.
Musavat.com xəbər verir ki, portal reydin elan olunan səbəbi barədə yazaraq qeyd edir ki, təhlükəsizlik qüvvələri 24 il əvvəl törədilən qətldə şübhəli bilinən şəxsi axtarırmış.
Bildirilir ki, evinə polis və xüsusi təyinatlı dəstənin əməkdaşları gələndə kişi özünü pis hiss edib, o. ürəyini sıxıb, təcili yardım çağırılsa da, onu xilas edə bilmədilər.
Adı çəkilməyən mərhumun yaşının 60-dan yuxarı olduğu qeyd olunub və bildirilib ki, ölümün səbəbi yarılmadan sonra müəyyən ediləcək.
ArbatMedia daha sonra yazır: “İstintaq hesab edir ki, vəfat edən şəxsin 2001-ci ildə Yekaterinburqda törədilmiş qətldə əli ola bilərdi. İş İstintaq Komitəsinin köhnə cinayətləri araşdıran 4-cü şöbəsi tərəfindən yenidən açılıb”.
Məlumat verilir ki, istintaq işi çərçivəsində bir neçə onlarla azərbaycanlı saxlanılıb, o cümlədən yerli diaspor arasında tanınan “Baku Plaza” ticarət mərkəzində axtarışlar aparılıb. Onların hamısının ötən illərin cinayətlərində iştirakının olub-olmaması yoxlanılır.
Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi saxlanma və axtarışları təsdiqləyib.
Qeyd olunur ki, təfərrüatlar istintaqın maraqlarına uyğun olaraq açıqlanmır.
Redaksiyadan: Təkcə bu məlumatda nə qədər ziddiyyət olduğu, ortaya suallar çıxardığı aşkardır.
Biz bilirik ki, reyd zamanı bi nəfər yox, üç nəfər həlak olub, onların ikisi qardaş, biri isə ölənlərin əmisioğludur.
24 il əvvəl törədilmiş qətldə bir nəfərin əlinin olduğu şübhə doğurursa, onlarla azərbaycanlını, bütün diaspor təşkilatının fəallarını saxlamağa nə ehtiyac var?
“Baku Plaza” ticarət mərkəzində axtarışlar hansı zərurətdən doğub?
Hər cür detal açıqlanırsa, reydin təfərrüatlar niyə açıqlanmır?
Aydın məsələdir ki, xüsusi təyinatlıların reydi hansısa bir şəxsə bə cinayət işinə görə yox, Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı həyata keçirikib. 24 il əvvəl baş verən qətl söhbəti isə, sadəcə, bəhanədir.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ