Onlayn ictimai-siyasi qəzet
Bakı bulvarındakı "Wonder Park"dan şikayət var.
Musavat.com xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Uşaqlar Günündə balacalarla əylənməyə çıxan valideynlər məlumat verib.
Məsələ ondadır ki, 6-7 uşaq üçün karuselə hərəsi 3 manatdan olmaqla biletlər alınıb. Lakin 30-40 dəqiqə ərzində istidə növbə gözləyən uşaqların əlindəki biletlər azca zədələnib. Əgər buna zədə demək olarsa (bax: şəkil). Bunu anlaşıqla qarşılamaq və istidə həvəslə növbə gözləyən balacaları üzməmək əvəzinə, bəhanə edib onları karuselə buraxmayıblar. Nəzarətçi "Gedin təzədən bilet alın", - deyə dirənib.
Yəni 6-7 uşaq üçün yenidən 18-21 manat ödəmək lazım gəlib. Əvvəlki biletlərin pulunu isə təbii ki, qaytarmayıblar. Şikayətə də nə cavab versələr yaxşıdı: "Bizim qazancımız elə bundan çıxır. Hara şikayət edirsiniz edin".
Qazancınız nədən çıxır, camaatın cibinə girməkdən?
Valideynin sözlərinə görə, biletlər sanki qəsdən keyfiyyətsiz düzəldilib ki, asanca sıradan çıxsın...
Ümid edirik Bulvar İdarəsi bu kimi haqsızlıqlara, həm də uşaqlara qarşı hsqsızlıqlara laqeyd qalmayacaq. Uşaqlar Gününün mənfi "qəhrəmanları" ilə bağlı ölçü götürəcək.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ