İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Eçmiədzindəki vəziyyəti izləyir" - Moskvadan şifrəli açıqlama, açıq təhdid

Eçmiədzin şəhərində baş verən kilsə mərkəzli qarşıdurmalar və keşişlərin istintaqa çağırılması Rusiya tərəfindən də diqqətlə izlənilir.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirərək, TASS agentliyi vasitəsilə rəsmi mövqeyini açıqlayıb.

Moskvanın bəyanatında qeyd olunub ki, Rusiya “qardaş Ermənistan”da sabitliyin qorunub saxlanmasında və qanunun aliliyinin təmin edilməsində səmimi maraqlıdır.

Bəyanatda həmçinin Ermənistan rəhbərliyinə dolayı mesaj da verilib:

“Ermənistan hakimiyyəti bəyan etdiyi demokratik dəyərlərə sadiqliyini və dindarların hisslərinə hörmətini həyata keçirməlidir.”

Analitiklər hesab edirlər ki, bu açıqlama Rusiya-Ermənistan münasibətlərində son dövrlər müşahidə olunan gərginliyin fonunda müəyyən balanslaşdırıcı xarakter daşıyır. Moskva həm daxili vəziyyətə müdaxilə etmədiyini göstərməyə çalışır, həm də kilsənin toxunulmazlığını xatırladaraq Paşinyan hökumətinə xəbərdarlıq edir.

Qeyd edək ki, bu bəyanat Ermənistan rəhbərliyinin Apostol Kilsəyə qarşı son sərt addımlarından, Rusiyaya bağlı revanşistlərin həbsindən – o cümlədən arxiyepiskop Ajapaxyanın istintaqa çağırılmasından – dərhal sonra verilib.
Bəlli olduğu kimi, erməni kilsəsi hər zaman Rusiyanın təsir agenti olub və dünya erməni lobbisinin yönəldilməsində alət kimi istifadə edilib. İndi Kreml 200 illik alətinin sındırılmaslndan narahatdır.
Lakin görünən budur ki, hələlik əlindın bir şey gəlmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR