Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək və Vaşinqtonla dialoq aparmaq istəyində olduğunu deyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb:
"İran görüşmək istəyir. Bildiyiniz kimi, çox təhlükəli nüvə obyektləri məhv edilib, bu, indi sübut olunub".
O əlavə edib ki, bundan əvvəl də mətbuatda bu mövzuda yalan məlumatlar dərc olunub: “Bunlar Hunter Baydenin noutbukunun “rus mənşəli” olmasından danışan və Rusiya haqqında başqa yalan xəbərlər yayan adamlardır”.
ABŞ prezidenti həmçinin İranın yaxın gələcəkdə nüvə proqramını bərpa etməyəcəyinə əminliyini ifadə edib: "Mən onların tezliklə nüvə inkişafına qayıdacaqlarına inanmıram. Nüvə proqramına 1 trilyon dollardan çox pul xərcləyiblər və onu heç vaxt başa çatdırmayıblar, obyektdən heç bir şey köçürülməyib".
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ