İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabratda 10-cu sinif şagirdi söyüşə görə adam vurdu  

10-cu sinif şagirdi məhəllədə söyüş üstündə adam vurub. O, əlində olan kəsici alətlə mübahisə etdiyi şəxsin baldırına xəsarət yetirərək qaçıb.

Musavat.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib. 10-cu sinif şagirdi olan Rəşad (ad şərtidir) mübahisə zamanı Qafarı (ad şərtidir) vurub.

Hadisə baş vermədən əvvəl Rəşad məhəllədə olan tanışları ilə öz aralarında söyüşlə zarafat edib. Bunu eşidən Qafar onlara yaxınlaşaraq söyüş söyməməsi üçün Rəşada xəbərdarlıq edib.

Qafar “söyüş söyməyin, camaat keçir” deyərək Rəşada irad bildirib. Rəşad isə deyib ki, öz aralarında asta səslə zarafat edirlər və onları eşidən yoxdur.

Mübahisə zamanı Rəşad Qafara “soxaram sənə” deyib. Qafar isə bu dediyini edə bilməyəcəyini, etməyənin də ünvanına söyüş söyüb. Rəşad cibindən çıxardığı kəsici alətlə Qafarın bud hissəsinə vuraraq oradan qaçıb.

Polislər tərəfindən saxlanılan Rəşad məsuliyyətə cəlb edilib və barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq zamanı Qafar Rəşadı bağışlayıb. Buna görə də Rəşada yaşı da nəzərə alınaraq yüngül cəza təyin edilib.

Hökmə əsasən Rəşad barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə əsasən cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR