İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur ölkədən köçür? – AÇIQLAMA, VİDEO

Aparıcılar Zaur və Günay Baxşəliyevlər ölkədən köçmələri ilə bağlı yayılan iddialara cavab verib.

Musavat.com xəbər verir ki, onlar bu barədə “Zaurla Günaydın” verilişində danışıb.

Zaur bildirib ki, tamaşaçılar onların dilindən eşitmədikləri məlumatlara inanmasınlar:

“Hara gedirik? Bunu kim özündən çıxarıb? Adam fikirləşir ki, müğənni də deyilik ki, belə deyib, toyların qarşısını alsınlar. Cəfəng şeyləri necə uydururlar? İki il əvvəl də belə bir xəbər çıxmışdı, ATV də yalanlamışdı. Özünə peşəkar deyən adamlar da bunu elə bəh-bəhlə danışırlar ki...

Yanlış məlumat yaymaqla bizə nə etmək istəyirsiniz? Biz heç yerə getmirik, Vətənimizi sevirik. Gəzmək üçün gedib qayıdırıq, onsuz da sezon bitəndə hamı gedir. Bunu kim yayırsa, yanlışdır. Nə olsa, bizdən eşidə bilərsiniz”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR